İranın xüsusi xidmət orqanları Fazil Mustafanın “öldüyünü” açıqlayıblar - foto

İslam İnqilabı Keşikçiləri Korpusunun Teleqram kanalı martın 28-də saat 23:08-də Milli Məclisin deputatı Fazil Mustafanın “qətl”i barədə məlumat yayıb.

“İran və İslam əleyhinə bəyanatları ilə tanınan Azərbaycan Milli Məclisinin deputatı Fazil Qəzənfəroğlu (Mustafa) öldürülüb”, - məlumatda deyilir.

Maraqlıdır ki, məlumat sui-qəsd cəhdindən yarım saat sonra yerləşdirilib. Bu zaman Azərbaycan mətbuatının və bir çox dövlət qurumlarının hadisə barəsindən xəbəri yox idi. Həmin an Fazil Mustafanın da durumu haqda heç nə məlum deyildi. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ