Xətai rayonunda tonqal ağacların yanmasına səbəb olub
ONA-nın xəbərinə görə, hadisə Gəncə prospekti 2 ünvanında baş verib.
Yel çərşənbəsi münasibəti ilə binanın həyətyanı sahəsində tonqal qalanıb. Küləkli hava şəraiti alovun yüksəlməsinə səbəb olub. Nəticədə alov binanın yaxınlığındakı küknar ağaclarını yandırıb.
Dərhal hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Söndürmə Xidmətinin əməkdaşları cəlb edilib.
Alovun digər ağaclara və tikililərə keçməsinin qarşısı alınıb.
Anoloji hadisə Mingəçevirdə baş verib. Belə ki, Mingəçevirdə yeni 1-ci köçkün şəhərciyinə bitişik ərazidə tonqal kimi qalanan ocaq böyük yanğına səbəb olub. Yanğının tüsütüsü hətta şəhər mərkəzindən müşahidə edilib. Şəhər FHN-nin yanğınsöndürmə briqadaları çevik müdaxilə ilə yanğının qarşısını alıblar.