Deputata kim atəş açıb? Fazil Mustafaya sui-qəsdin təfərrüatı məlum olub

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd təşəbbüsünün detalları bəlli olub.

Musavat.com-un məlumatına görə, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.

F.Mustafa iki güllə yarası alıb - çiyin nahiyəsindən və ayağından. Polis hadisə yerindədir.

Fazil Mustafanın yaxınlarından biri bildirib ki, deputat evə gələn zaman öz maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb. Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib.

Hazırda deputat 1 saylı Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Həkimlər tərəfindən ona təcili müdaxilə edilir.

Vəziyyəti orta-ağırdır, həyatı riski yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ