Rusiya ordusu Baxmutun mərkəzinə çatıb - ISW

ABŞ Müharibənin Tədqiqi İnstitutu (ISW) Rusiya ordusunun Baxmutda cənubdan mərkəzə və şəhərin şimal-qərbində irəlilədiyini açıqlayıb.

Geolokasiya edilmiş videolara istinad edərək, ISW analitikləri növbəti hesabatlarında yazırlar ki, “Vaqner” təsisçisi Yevgeni Priqojin martın 27-də Baxmut şəhər şurasından bir kilometr cənub-şərqdə yerləşən Baxmut 5-ci məktəbin binasında olub.

Hesabatda həmçinin bildirilir ki, rusiyalıların şəhərin şimal-qərbində, sənaye zonasında və Zelyonaya və Aleksandra Kolpakova küçələri boyunca irəliləyib - bu, Baxmutun mərkəzindən bir neçə kilometr aralıdadır.

Qeyd edilir ki, Rusiya ordusunun nizami bölmələri Baxmuta hücumda “Vaqner” muzdlularına kömək edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ