Rusiya istənilən düşməni, o cümlədən ABŞ-ı məhv edə bilər - Patruşev

Rusiya istənilən düşməni, o cümlədən ABŞ-ı məhv edə biləcək müasir unikal silahlara malikdir.

Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

“Rusiya səbirlidir və hərbi üstünlüyü ilə heç kəsi qorxutmur. Lakin onun mövcudluğuna təhlükə yaranarsa, istənilən düşməni, o cümlədən ABŞ-ı məhv etməyə qadir olan müasir unikal silahları var”.

Patruşev amerikalı siyasətçilərin Rusiya Federasiyasının daha ABŞ-ın qabaqlayıcı nüvə zərbəsinə cavab verə bilməyəcəyi ilə bağlı fikirlərini “təhlükəli axmaqlıq” adlandırıb.

“Öz təbliğatlarının əsiri olan amerikalı siyasətçilər əmindirlər ki, Rusiya ilə birbaşa münaqişə yaranarsa, ABŞ qabaqlayıcı raket zərbəsi endirməyə qadirdir və bundan sonra Rusiya artıq cavab verə bilməyəcək. Bu, axmaqlıqdır və çox təhlükəlidir” deyə o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ