Qala divarları ilə bağlı son vəziyyət: Aslan İsmayılova cavab verildi

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov hüquqşünas Aslan İsmayılova cavab verib.

Buta.media-nın məlumatına görə, "Qafqazinfo" xəbər verir ki, aparat rəhbəri A. İsmayılovu tənqid edib:

"Bunu ilk dəfə paylaşan insan hüquqşünas olsa da, sonradan ritorikasını dəyişib qanunvericiliyə istinad edir. Mən özüm də hüquqşünasam.İçərişəhərin bufer zonasının harda başlayıb harda bitməsi qaydalarda müəyyən olunur. Bufer zonası qala divarlarının xaricindədir. İçərişəhərin daxilində bufer zonası yoxdur. Bu boyda dövlət idarəsini savadsız qələmə verəndə heç olmasa qaydalarla yaxşı tanış olmaq lazımdır. Həmin şəxslərə ayıb olsun ki, köhnə şəkli yeni şəkil kimi qələmə veriblər. Mən onların məqsədlərini dərk edirəm. Ancaq başqaları da paylaşır, bu bizi narahat edir. Yəqin, həmin adamlar 8 ildə burada olmayıblar".

O qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən sahibkarlığa dəstək addımları atılır:

"İçərişəhərdə həddindən çox restoran olması məsələsi subyektiv fikirdir. Bəlkə, turist üçün azdır, burada yaşayan sakin üçün çox. Həm İçərişəhərin sakinlərinə iş yeri yaradılır, həm də sahibkarlara şərait yaradılır. Onlar üçün iş yerlərinin yaradılması vacib məsələdir. Bu restoranlarda 10 ildir gəlib səhər yeməyi də yeyənlər var. Mən şəxsən bu adamı, yəni şəkli paylaşan adamı hər dəfə İçərişəhərdə yemək yeyən görmüşəm.O zaman divarlara işıq düşməməsi məsələsini qaldırmayıb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ