Yeni “Bayraktar TB3”ün görüntüləri yayıldı - foto

Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraktar yeni “Bayraktar TB3” pilotsuz uçuş aparatının (PUA) fotolarını Twitter səhifəsində paylaşıb.

Yeni pilotsuz təyyarənin qanadlarının açıqlığı 14 metr, maksimum uçuş çəkisi 1450 kq, uçuş müddəti isə 24+ saatdır.

“Bayraktar TB3”  xəttinin yeni modeli qanadları qatlama qabiliyyətinə malikdir və bu növdə olan ilk PUA-dır.

Pilotsuz uçuş aparatı TEI PD170 turbodizel mühərriki və tam avtomatik qalxma və enmə ilə təchiz olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ