Qarabağ erməniləri ilə növbəti görüş Bakıda keçirilə bilər

Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib.

Bu barədə Azərbaycan Prezidentin Administrasiyası məlumat yayıb.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, martın 1-də Xocalı şəhərində Azərbaycan nümaynədə heyəti ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni icmasının nümayəndələri arasında görüş keçriilib. Azərbaycan tərəfdən erməni sakinləri ilə görüşlər üçün qrupa Milli Məclisin deputatı Ramin Məmmədov rəhbərlik edib.

Görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin Azərbaycan Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası müzakirə edilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ