Elman Rüstəmov manatın məzənnəsinə proqnoz verdi

Manatın məzənnəsi dayanıqlıdır. Onun sabitliyinə hər hansı təhdid yoxdur. 

Buta.media xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. O bildirib ki, bu ilin 1-ci rübü ərzində 30-a yaxın valyuta hərracı keçirilib: 

"Neft Fondu satış qrafkindən bir qədər geri qalır. Valyuta bazarında tələb təklifi üstələyir. Neftin əlverişli qiyməti,müsbət saldosu manatın məzənnəsinin ilin sonuna qədər dəyisməz qalmasını proqnozlaşdırmağa imkan verir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ