Gömrükçüləri vətəndaşın bəyan edilməyən brend əşyalarını müsadirə etdilər - FOTO

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının VİP zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.

Bu barədə Komitədən bildirilib.

Məlumata görə, yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və yaxud elektron qaydada bəyan edilməyən müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub.

Qeyd edək ki, DGK vətəndaşdan müsadirə etdiyi geyim əşyaları sosial şəbəkələrdə tənqidlərə səbəb olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ