Rusiya Odessanı raket atəşinə tutub - video

Martın 21-də axşam saatlarında Rusiya qoşunları Odessaya dörd X-59 raketш atıb. Bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib. Onun sözlərinə görə, iki raket vurulub.

HHM-nin məhv edə bilmədiyi raketlərdən biri monastırın ərazisinə düşüb, üçmərtəbəli binaya ziyan vurub, üç nəfər yaralanıb. Dördüncü raketin harada vurulduğu dəqiqləşdirilməyib.

Odessa vilayəti administrasiyasının məlumatına görə, raketlər Qara dəniz üzərində uçan Su-35 qırıcılarından buraxılıb.

2022-ci ilin oktyabrından Rusiya qoşunları həm raketlərdən, həm də kamikadze dronlardan istifadə etməklə dəfələrlə Ukrayna ərazisinə kütləvi zərbələr endirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ