ABŞ prezidenti Co Bayden birinci xanım Cil Baydenlə birgə bazar ertəsi Ağ Evdə Novruz bayramı şərəfinə ziyafət verib.
Qonaqlara müraciət edən Bayden bildirib ki, 4000 illik zərdüştilik ənənəsi olan Novruz insanların ümidi olub.
“Bu, minilliklər boyu formalaşan, bu günə qədər bütün dünyada milyonlarla insan tərəfindən qeyd olunan bayramdır və onun kökləri antik dövrlərə gedib çıxır.
Şiraz bağlarında, Kabil və Ərbil dağlarında, Bakı sahillərində və ondan kənarda insanların qeyd etdiyi bayramdır”, - o əlavə edib.
“Çoxlarının yaşadığı bu qaranlıq dövrlərdən sonra bizi nələrin gözlədiyinə dair ümidi xatırladan yeni ilin başlanğıcıdır. Türkiyə və Suriyada dağıdıcı zəlzələdə çoxlu yaxınlarını itirən ailələrin ümididir. Əfqanıstanda ağır humanitar böhranla mübarizə aparan insanların ümididir. İnsan haqları uğrunda mübarizə aparan İran qadınlarınını ümididir. Birləşmiş Ştatlar dünyanı öz inamları ilə ruhlandıran bu cəsur qadınların və bütün İran vətəndaşlarının yanındadır.
Biz İran rəsmilərini öz xalqına qarşı hücumlarına görə məsuliyyətə cəlb edəcəyik”, - deyə Bayden bildirib.