Xoşqədəm Hidayətqızı onu tənqid edənlərə cavab verdi - VİDEO

"Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə onun əleyhinə aparılan kampaniyaya cavab verib. 

Buta.media-nın məlumatına görə, “Qafqazinfo” xəbər verir ki, o, verilişin bugünkü buraxılışında 10 ildir efirdə olan telelayihəsi vasitəsilə gördüyü işlərdən, xeyriyyə aksiyalarından və vasitəçisi olduğu yardımlardan danışıb. 

Dünya televiziyalarında yayımlanan eyni məzmunlu verilişlərlə analogiya aparan Xoşqədəm Hidayətqızı efirdə baş verənlərin real həyatda yaşananlardan, insan izdirabları və problemlərindən ibarət olduğunu vurğulayıb.

O, həmçinin vaxtilə bu və ya digər səbəblərdən problemlər yaşayan şou-biznes nümayəndələrinə də daim dəstək olduğunu bildirib. Aparıcı layihədə yaşananları şou adlandıranları verilişində diskussiyaya dəvət edərək, "Xəzər" televiziyasının müzakirələrə hər zaman açıq olduğunu bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ