Nazirlik deputara cavar verdi - “Yanlış məlumat verib”

Elm və Təhsil Nazirliyi millət vəkili Musa Qasımlının Yardımlı rayonu Solqard ibtidai məktəb barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Nazirliyin açıqlamasında deyilir:

“Təəssüf edirik ki, deputat Musa Qasımlı məktəb barədə qeyri-düzgün və dəqiqləşdirilməmiş məlumatlara istinad edərək yanlış təəssürat yaradıb. 

Bildiririk ki, sözügedən məktəb 1998-ci ildən fəaliyyətə başlayıb və 2014-cü ildə yerli icra hakimiyyətinin sifarişi ilə podratçı təşkilat "Reyhan MMC" tərəfindən yenidən inşa edilib. 80 şagird yerlik məktəbdə 14 sinif otağı mövcuddur. Məktəbin fəaliyyət göstərdiyi illərdə burada illər üzrə  4- 5 şagird təhsil alıb. 

Məktəbdə şagird olmadığı üçün ötən tədris ilində fəaliyyətini müvəqqəti  dayandırıb”.

Qeyd edək ki, Musa Qasımlı bu gün parlamentin iclasında “Bir neçə il əvvəl Yardımlının Solqard kəndində müasir bir məktəb binası tikildi. 2022-2023-cü ildə məktəb bağlandı. Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyində planlaşdırma, proqnozlaşdırma sıfır səviyyəsindədir. Dövlətin vəsaiti havaya sovruldu, məktəb bağlandı. Bunu edənlər dövlətin, hökumətin qarşısında cavab verməlidir” fikirlərini səsləndirmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ