Haaqada yerləşən Beynəlxaq Cinayət Məhkəməsi Vladimir Putin barəsində həbs qərarı verib
Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Vladimir Putin və Rusiya prezidentinin uşaq hüquqları üzrə komissarı Mariya Alekseyevna Lvov-Belovanın həbsinə order verib.
Məhkəmə izah edir ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.
Xatırladaq ki, hələ cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Təhqiqat Komissiyası bəyan etmişdi ki, ukraynalı uşaqların Rusiyaya aparılması müharibə cinayəti sayıla bilər.