Bakıda iki yaşlı uşağı oğurlayan qadın 2 il müddətinə azadlıqdan məhrum edildi

Bakı Apellyasiya Məhkəməsində 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gültəkin Muradova adam oğurluğunda təqsirli bilinib, lakin məhkəmə ittiham olunan şəxsə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsini tətbiq edib.

Hökmə əsasən, Gültəkin Muradova 2 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Gültəkin Muradova son sözündə əməlindən peşman olduğunu deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ