Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü, martın 17-də Finlandiyanın NATO-ya üzv olmaq ərizəsinin təsdiqləndiyini açıqlayacaq. TASS xəbər verir ki, Ankaranın verdiyi qərarı Finlandiya prezidenti Sauli Niiniste açıqlayıb.
“Məlum oldu ki, Türkiyə prezidenti Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etmək qərarını birbaşa prezidentlər səviyyəsində görüşdə yerinə yetirmək istəyib”, - deyə dövlət başçısı bildirib. Onun sözlərinə görə, Ankara bu qərarın elan edilməsində Niinistenin şəxsən iştirak etməsini istəyib.
Finlandiya prezidenti Türkiyə tərəfinin dəvətini qəbul etdiyini vurğulayıb. O, 16-17 mart tarixlərində Ankaraya səfər edəcək.