Zelenski Baxmutla bağlı qərar qəbul edib

Ukrayna prezidenti Volodimir Zelenski Ali Baş Komandanın qərargahının növbəti iclasını keçirib.

“Baxmut istiqamətində müdafiə əməliyyatının gedişatını nəzərdən keçirərək qərargahın bütün üzvləri Baxmut şəhərinin saxlanılması və müdafiəsi ilə bağlı ortaq mövqe nümayiş etdiriblər”, - məlumatda deyilir.

İclasda müdafiə qüvvələrinin ön cəbhədə olan bölmələrinin silah-sursatla təminatı da təhlil edilib. Ayrı-ayrılıqda Ukraynanın tərəfdaşlarından texnika və silahların qəbulu dərəcələri və həcmi və onların qoşun qrupları üzrə bölüşdürülməsi müzakirə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ