Bakıda müəllimin faciəli ölümü: özünü binadan atdı, çıxıntıda ilişib qaldı - video

Bakıda 70 yaşlı coğrafiya müəlliməsi intihar edib. Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.

Bizim.media-ya bu barədə qəsəbə sakinləri məlumat veriblər. Hadisə şahidlərinin sözlərinə görə, özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atan Zümrüd Səməd qızı Rəhimova uzun illər M.Mehdiyev adına 280 nömrəli məktəbdə coğrafiya fənnini tədris edib.

Özünü 9-cu mərtəbədən atan qadın 7-ci mərtəbədəki çıxıntıya ilişib, yarım saatdan çox orada qalsa da, sonradan yıxılaraq həyatını itirib.

Hadisə şahidləri tərəfindən olayın anbaan görüntüləri çəkilib.

Mərhumun qonşularının dediyinə görə, Zümrüd Rəhimovanın qızı narkotik istifadəçisidir.

Baş Prokurorluqdan bildirilib ki, hadisə baş verən zaman zərərçəkmişin yaşadığı mənzildə heç kim olmayıb:

“Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən mənzilin qapısı açıldıqdan sonra içəri daxil olan prokurorluq əməkdaşları zəruri istintaq hərəkətləri aparıblar. Hazırda Suraxanı Rayon Prokurorluğunda araşdırma davam etdirilir”.

Qeyd edək ki, Z.Rəhimova 4 il əvvəl təqaüdə çıxıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ