“Fikrimcə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istəsə də, istəməsə də Ermənistandan gedir”.
Bunu ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
O, bunun rəsmi İrəvan üçün narahatverici olduğunu bildirib.
N.Paşinyan söyləyib ki, 2022-ci ildə KTMT-nin baş katibi Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı ifadə səsləndirmişdi: “Mən isə bildirmişdim ki, bizim qorxumuz KTMT-nin Ermənistandan çıxmasıdır”.