Azərbaycan İsraildən əsas silah idxalçılarından biridir - SIPRI

Azərbaycan 2018-2022-ci illərdə dünya silah idxalçıları siyahısında 53-cü yerdə qərarlaşıb.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silah ticarətinə dair “İnterfaks-Azərbaycan” agentliyinə daxil olan yenilənmiş məlumatlarına əsasən, Azərbaycan əvvəlki beş ilin (2013-2017-ci illər) yekunlarına görə bu siyahıda 22-ci yerdə olub.

SIPRI-nin hesabatına görə, 2018-2022-ci illərdə Azərbaycan İsraildən əsas silah idxalçılarından biri olub (İsrailin silah ixracında Azərbaycanın payı 9,1% təşkil edir), Tel-Əvivdən alınan silahların həcminə görə ölkəmiz Hindistandan (37%) sonra ikinci yeri tutur.

Eyni zamanda, analitik mərkəzin Azərbaycanla bağlı materiallarında 2018-2020-ci illər üzrə təqdim edilib, 2021-2022-ci illər üçün məlumatlar yoxdur.

Hesabata görə, Azərbaycan 2018-2020-ci illərdə aviasiya texnikası, artilleriya, zirehli texnika, raketlər, müşahidə sistemləri alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ