Mahsun Kırmızıgülün Bakı konsertində şəhid Anarın ifası - video

Türkiyəli müğənni Mahsun Kırmızıgülün Bakı Konqres Mərkəzində keçirilən konsertində duyğulu anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, konsert zamanı Vətən müharibəsi şəhidi Anar İsrafilovun vaxtilə Mahsun Kırmızıgülün repertuarından oxuduğu “Annem-annem” mahnısı böyük ekranda nümayiş etdirilib.

Mahsunun səsinə bənzərliyi ilə diqqət çəkən şəhid ifasından sonra tamaşaçılar ayağa qalxıb və zalı alqış sədası bürüyüb.

Daha sonra M.Kırmızıgül tərəfindən səhnəyə şəhidin atası və övladları dəvət olunub. Şəhid atasının əlini öpərək çıxışa başlayan ifaçı bildirib ki, Anarın arzusu onun konsertində iştirak etmək olsa da, bu, ona qismət olmayıb.

Şəhid atasına “Məni də övladınız olaraq görün” deyən türkiyəli ifaçı, Anarın uşaqlarının təhsil haqqını öz üzərinə götürdüyünü elə səhnədə açıqlayıb.

Həmin duyğulu anların videosunu təqdim edirik:

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ