Aİ səlahiyyətliləri Avropa malları və texnologiyalarının idxalının həcmini artıran üçüncü ölkələrdən onların Rusiyaya daxil olmasının qarşısını almaq üçün ixraca nəzarəti gücləndirməyi xahiş etmək niyyətindədir. Bu barədə “Bloomberg” xəbər verir.
Agentliyin məlumatına görə, Aİ üçüncü ölkələrdən sanksiyalara məruz qalan yüzlərlə mal və hərbi məqsədlər üçün istifadə oluna bilən texnologiyalarla bağlı ticarət axınları haqqında məlumat istəyəcək.
Aİ bir neçə sanksiya paketinin bir hissəsi olaraq bir çox mal və texnologiyanın Rusiyaya ixracını qadağan edib. “Bloomberg” yazır ki, Avropa məhsullarının Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Şərqi Avropa və Mərkəzi Asiyanın bir sıra digər ölkələrinə idxalında artım olub. Güman edilir ki, bu ölkələr vasitəsilə Rusiyaya sanksiya tətbiq edilən malların paralel idxalı aparılır.
Martın 9-da logistika şirkətləri Türkiyənin Rusiyaya qarşı sanksiyalara məruz qalan mallarla tranzit yüklərin rəsmiləşdirilməsini əngəllədiyini açıqlayıb. Bu qərar ABŞ və Avropa İttifaqının təzyiqi ilə Türkiyə hakimiyyəti tərəfindən qəbul edilib. Türkiyə Rusiyaya tranzitin əngəllənməsinə münasibət bildirməyib. Rusiya şirkətlərinin nümayəndələri təklif ediblər ki, bu məsələ ilə bağlı hər hansı rəsmi göstəriş Türkiyənin Rusiyaya sanksiya tətbiq edilən məhsulların tədarükü ilə bağlı olduğunu etiraf etməsi deməkdir.