Sinoptiklər sabaha 25 dərəcə isti vəd edirlər

Martın 12-də havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Hava Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ