8 yaşlı qızını cinsi istismara sövq etmişdi - Ana və iki kişiyə ağır cəza verildi

Pul qarşılığında 8 yaşlı qızının cinsi istismarına şərait yaradan anaya hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda ana və azyaşlını zorlayan iki nəfər barəsində yekun məhkəmə aktı qəbul edilib.

İttihama görə azyaşlı, 2010-cu il təvəllüdlü (hadisə baş verən anda 8 yaşı olan) Şəbnəm Əsgərova (ad, soyad şərtidir) öz doğma anası Ləman Əsgərova (ad-soyad şərtidir) tərəfindən 100 manat müqabilində işlədiyi kafenin sahibi Zakir Məmmədova (ad-soyad şərtidir) cinsi istismara məruz qalması üçün verilib. Z.Məmmədov azyaşlınını özünə aid avtomobildə zorlayıb. 

Bundan başqa, Şəbnəm anası ilə birlikdə Rüstəm Nəsirov (şərti ad-soyad) adlı şəxsin evində kirayədə yaşayan zaman anası onun ev sahibi tərəfindən zorlanmasına şərait yaradıb. 

Hökmə əsasən, azyaşlının anası 15 il müddətinə, digər iki nəfər isə hər biri 18 il müddətinə azadlından məhrum edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ