Tramp erməniləri məyus etdi

ABŞ Prezidenti Donald Tramp 1915-ci il aprelin 24-də baş verənləri yenə "böyük fəlakət" adlandırıb. 

Buta.media Türkiyənin "NTV" telekanalına istinadən xəbər verir ki, Ağ Ev 1915-ci il hadisələri ilə bağlı açıqlama yayıb. Açıqlamada 1915-ci il hadisələri ilə bağlı "böyük fəlakət" anlamına gələn "Meds Yeghern" ifadəsi işlənilib.

Ağ Evin 1915-ci il hadisələri ilə bağlı açıqlamasının altında ABŞ prezidenti Donald Trampın imzası olmayıb.

Nəşr yazır ki, öncəki illərdə Ağ Ev tərəfindən yayımlanan yazılı açıqlamaların altında ABŞ prezidentinin imzası yer alırdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ