Azərbaycanda 17 sürücü arvadını, 6-sı anasını öldürüb

2022-ci ildə baş verən qəzalarda doğmalarının ölümünə səbəb olan sürücülərin statistikası açıqlanıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

R.Tağıyev bildirib ki, qəzalarda 17 sürücü öz həyat yoldaşının, 5 sürücü atasının, 6 sürücü anasının, 3 sürücü qardaşının, 2 sürücü bacısının, 7 sürücü oğlunun, 2 sürücü isə qızının ölümünə səbəb olub.

“Əlbətdə heç bir yol nəqliyyat hadisəsi bilərəkdən və istəyərəkdən törədilmir, lakin məsuliyyətsizlik, intizamsızlıq səbəbindən baş verir.

Bütün bu hadisələrin hüquqi məsuliyyətindən daha ağırı isə doğmalarını itirənlərin ömür boyu çəkdiyi vicdan əzabıdır.

Belə bir halların yaşanmaması üçün hər kəs yol hərəkəti qaydalarına ciddi riayət etməlidir”, - deyə DYP rəsmisi əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ