Tərtərdə 34 yaşlı kişi minaya düşüb

Martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyev minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ