Azərbaycanda pensiya yaşına yenidən baxılacaq - video

Qadınların pensiya yaşının 63-də saxlanılması ilə bağlı “Əmək pensiyaları haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi təklif olunub. Bu barədə Ombudsman 2022-ci il üzrə məruzəsində danışıb.

Millət vəkili Ceyhun Məmmədov AzTV-yə açıqlamasında bildirib ki, pensiya yaşının getdikcə artırılaraq 65-ə çatdırılması məqsədəuyğun deyil.

“Xanımların zərif cins olması nəzərə alınaraq pensiya yaşının 63 yaşda saxlanılması çox yaxşı təklifdir. Bunu uzatmaq bizim xanımlarımız üçün əlavə çətinliklər yaradar”, - deyə deputat əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ