Rusiyalı urbanist bloqer İlya Varlamov öz sosial şəbəkə səhifəsində Türkmənistan vətəndaşlığını aldığını bildirib.
O, yeni pasportunun fotoşəkillini paylaşıb.
Varlamov sənədi açıq formada göstərməyib, yalnız üz qabığını nümayiş etdirib.
O bildirib ki, Türkmənistan vətəndaşlığını bu gün ölkənin İstanbuldakı səfirliyində qəbul edib.
Qeyd edək ki, 2022-ci ildə 4306 nəfər Rusiya vətəndaşlığından imtina edib. Bu rəqəm son üç ilin ən yüksək göstəricisi olub.