Ermənistan ordusunun mayoru Azərbaycana məxfi məlumatlar ötürüb

Azərbaycan əsirliyində olan və 2021-ci ildə Ermənistana qayıdan Ermənistan ordusunun mayoru A.N. Azərbaycanın xüsusi xidmət orqanlarında işləməyə başlayıb və 20 min dollar müqabilində məxfi məlumatları verib, bu barədə Ermənistan KİV-i yazır.

Mayor Ermənistan Cinayət Məcəlləsinin 299-cu (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Dövlətə xəyanətdə təqsirləndirilən mayorun işinin təfərrüatları barədə Baş Prokurorluq məlumat yayıb.

2021-ci ilin sentyabrına qədər Bakıdakı həbsxanalardan birində cəza çəkən A.N., əməkdaşlıq haqqında yazılı müqavilə imzalayıb. O, Ermənistana qayıtdıqdan sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində dövlət xidmətinin rəisi təyin edilib, burada casusluqla məşğul olub və məxfi məlumatların ötürülməsinə görə 20,2 min dollar alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ