Ali Məhkəmənin sədri 18 illik vəzifəsi ilə vidalaşdı

Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb.

Bununla bağlı bu gün Ali Məhkəmədə tədbir keçirilib.

Qeyd edək ki, Ramiz Rzayev 18 il Ali Məhkəmənin sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, Azərbaycanda Ali Məhkəmə sədri Prezidentin sərəncamı ilə 5 il müddətə təyin olunur. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68-dir. R.Rzayevin isə 70 yaşı yeni tamam olmuşdu. İcraatında iş olduğu zaman hakimin səlahiyyət müddəti başa çatarsa, onun səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ