Moskva Bakı və İrəvanı təmkinli olmağa çağırıb

XİN rəsmisi Mariya Zaxarova Rusiya sülhməramlılarının məsuliyyəti zonasında dünən yaranmış gərginliklə əlaqədar ölkəsinin narahatlığını qeyd edib.

“Moskva üçtərəfli bəyannamənin müddəalarına riayət olunmasının zəruriliyini bildirir”, - deyə nazirlik təmsilçisi əlavə edib.

Onun dediyinə görə, sülhməramlı kontingentin yerləşmə ərazisində təhlükəsizlik və gündəlik fəaliyyəti üzrə məsələlər sülh yolu ilə “sülhməramlıların himayəsi altında tərəflərlə təmasda” həll edilməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ