Qərar qəbul olundu: Ukrayna Baxmut uğrunda döyüşləri davam etdirəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Baş Komandanın Qərargahının növbəti iclasını keçirib və ordu rəhbərliyi Donetsk vilayətinin Baxmut şəhərində müdafiə əməliyyatını davam etdirməyə çağırıb.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, iclasda Baxmutdakı vəziyyət ətraflı nəzərdən keçirilib

Müdafiə əməliyyatının gedişatını qiymətləndirən Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı və “Xortitsa” əməliyyat-strateji qoşun qruplaşmasının komandanı Aleksandr Sırskidən Baxmut istiqamətində gələcək planlarla bağlı sual verib.

Hər iki zabit müdafiə əməliyyatının davam etdirilməsinin və Ukraynanın Baxmutdakı mövqelərinin daha da möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildiriblər.

Qoşunların əməliyyat-strateji qruplarının komandirləri də cəbhənin əsas istiqamətlərində vəziyyət barədə məruzə ediblər.

Bundan əlavə, görüşdə silah və texnikanın tədarükü və əməliyyat zonalarında paylanması məsələləri müzakirə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ