Baxmut "mühasirəyə alınıb" - Priqojin

"Vaqner" özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojin Baxmutun  "praktiki olaraq mühasirəyə alındığını" bildirib. O, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskiyə videomüraciətində qeyd edib. 

Səs yazısı Priqojinin mətbuat xidməti tərəfindən yayılıb.

"Wagner-in bölmələri Baxmutu demək olar ki, tamamilə mühasirəyə alıb, yalnız bir yol qalıb" Priqojin deyib. O, iddia edir ki, şəhər uğrunda mübarizəni davam etdirən peşəkar ordu deyil, “qocalar və uşaqlar”dır və Zelenskini Ukrayna qüvvələrini Baxmutdan çıxmağa məcbur etməyə çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ