Məşədi Dadaş Məscidinin imamı Hacı Şahinin ölümü ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, TƏBİB tanınmış ilahiyyatçının ürəktutmadan dünyasını dəyişdiyini açıqlayıb.