Deputat Hacı Şahinin ölümündən danışdı: “Şübhəli məqam varsa, mütləq araşdırılmalıdır”

“Çox üzücü bir xəbər oldu. Şahin bəy bütün hallarda mədəni polemika aparmağa maraqlı insanlardan biri idi. Fikirlərimiz zaman-zaman üst-üstə düşmürdü, fərqli bir platformanı təmsil edirdi, amma buna baxmayaraq, münasibətlərdə mədəni səviyyəni həmişə gözləməyi bacarırdı. Bu da müsbət bir insani keyfiyyət idi. Şahin bəyin vaxtsız vəfatı, cavan yaşda dünyasını dəyişməsi çox üzücü oldu. İnsan heç kimin belə erkən, həyata öz töhfəsini tam şəkildə vermədən getməsini rahat qarşılaya bilməz...”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat Hacı Şahin Həsənlinin ölümünün sui-qəsd olduğunu, burada İran kəşfiyyat orqanlarının əli olması barədə iddialara isə belə cavab verib: 

“Qəfil ölümünün səbəbini bilmirəm. Bəlkə, xəstəliklə bağlı idi? Yaxud hansısa başqa şübhəli məqamlar varsa, təbii ki, mütləq araşdırılmalı, müəyyən reaksiyalar da verilməlidir. Çünki Şahin bəy tanınmış ictimai şəxs idi. Belə narahatlıqlar, əsaslar varsa, mütləq dəqiq izahı verilməlidir. Bütün hallarda, gənc yaşda belə bir insanın dünyasını tərk etməsi üzücüdür. Allah rəhmət eləsin, o dünyasını versin. Yaxınlarına səbir diləyirəm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ