ÜST dünyada yeni pandemiya riski ilə bağlı xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloqu Riçard Pibodi “El Pais” qəzetinə verdiyi müsahibədə dünyada quş qripi pandemiyasının riski barədə xəbərdarlıq edib.

“Virusun (quş qripi) insandan insana və davamlı şəkildə keçmə qabiliyyətinə yiyələnməsi və yeni pandemiyaya səbəb ola biləcəyi qorxusu var. Buna hazırlaşmalıyıq”, - deyə mütəxəssis çağırış edib.

Pibodi qeyd edib ki, elmi ictimaiyyət virusları izləyir və ehtiyac olarsa, peyvəndlər hazırlayır. O, quş qripinin yeni epidemiyasına xüsusi növ A (H5N1) virusunun səbəb olduğunu diqqətə çatdırıb.

Epidemioloq xüsusilə quşçuluq sahəsində işləyənlərin mühafizəsi məsələsində sayıq olmağı tövsiyə edib, həmçinin ölü və ya ölməkdə olan quşları, eləcə də digər heyvanlara əl vurmamağa çağırıb.

Bundan əvvəl virusoloq, tibb elmləri doktoru, professor Anatoli Altşteyn bildirib ki, quş qripi virusunun təhlükəsi kifayət qədər ciddidir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ