Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə qardaş ölkəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin bir hissəsi Azərbaycana qayıdır.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən ( FHN) məlumat verilib.
Bildirilib ki, xilasedicilərimizin bir qisminin bu gün Azərbaycana qayıdacağı gözlənilir.
Rəsmi məlumata görə, bu barədə daha sonra ətraflı məlumat veriləcək.
“Haber Turk”ün verdiyi xəbərə görə, fevralın 6-da baş zəlzələlərdən sonra Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraşa göndərilən 760 xilasedicisindən 238-i Azərbaycana yola salınıb.