Ukrayna əks-hücum əməliyyatına hazırlaşır - Zelenski

Ukrayna Müdafiə Qüvvələri üçün yeni “aktiv hərəkətlər” hazırlayır.

Bunu prezident Volodimir Zelenski çərşənbə axşamı, fevralın 28-də axşam müraciətində deyib.

Ukrayna dövlətinin başçısı bildirib ki, o, Ali Baş Komandanın Qərargahının iclasını keçirib. Toplantıda cəbhənin hər bir istiqaməti üzrə vəziyyət müzakirə edilib. Bildirilir ki, hazırda ən çətin vəziyyət qızğın döyüşlərin davam etdiyi Baxmutdadır.

“Rusiya öz adamlarını itkilərdən asılı olmayaraq Ukraynanın mövqelərinə davamlı hücumlar edir, döyüşlərin intensivliyi yalnız artır”, - Zelenski deyib.

“Torpaqlarımızın işğaldan azad edilməsi naminə əsgərlərimizin əks-hücum əməliyyatına hazırlayırıq. Biz bu ədalətli məqsədimizi xatırlayırıq və hər gün onun həyata keçirilməsinə yaxınlaşırıq”, - deyə Ukrayna Prezidenti bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ