Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 29 nəfər ölüb.
Bu barədə yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis canlı efirdə bildirib.
O bildirib ki yaralı sayı 85 nəfərdir.
Hadisə yerində 150 yanğınsöndürən, 30-dan çox polis əməkdaşı, 40 təcili tibbi yardım maşını işləyir. Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək Salonikiyə göndərilib.
Hazırda hadisənin səbəbləri araşdırılır. Qatar Afina - Saloniki marşrutu ilə hərəkət edirdi.