Həkim qadının qarın boşluğunda tənzif unudub, cinayət işi açılıb

Mingəçevirdə xəstənin qarın boşluğunda tənzif unudan həkimlə bağlı cinayət işi açılıb.

Bu barədə Buta.media-ya Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.

Araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilən cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ