“Space” TV-dən ayrılan daha bir şəxs, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəyli olub.
OLAY-ın əldə etdiyi məlumata görə, E.Əlibəyli bir neçə həftə öncə kanaldan ayrılıb. Onun “Elin sözü” layihəsinin yayımı da dayandırılıb.
Qeyd edək ki, proqram bundan sonra “Elə çarə” adıyla Kanal S-də efirə gedəcək.
Onu da bildirək ki, ötən günlərdə kanalın yeni rəhbəri vəzifəsi Vado Karovinə tapşırılıb. Onun gəlişindən sonra aparıcı Turan İbrahimov da televiziyanın format dəyişdirməsi səbəbilə kanaldan ayrılıb.