Dağıstanda çimərlikdə 18 nəfərin qalıqları tapılıb - foto

Dağıstanda Xəzər dənizinin sahilindəki Cami çimərliyində tikinti işləri aparılarkən insan qalıqları tapılıb. Bu barədə “RİA Novosti” RF Daxili İşlər Nazirliyinin respublika üzrə departamentinə istinadən yazır.

Dağıstan üzrə İstintaq Komitəsindən “Kavkaz.Realii” nəşrinə bildirilib ki, çimərlikdə 18 insan skeletinin tapılıb. “Güman ki, onlar XX əsrin 30-cu illərinin qalıqlarıdır”, - idarənin mətbuat xidmətindən qeyd edilib.

Faktla bağlı araşdırma başlayıb.

“Onlayn Dağıstan” Telegram kanalı tapılan qalıqların fotosunu dərc edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ