Aygün Əliyeva intihara cəhd etdi

“Azərtac”ın keçmiş müxbiri Aygün Əliyeva intihara cəhd edib. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. 

A.Əliyevanın həyat yoldaşı, tanınmış jurnalist Teymur Əliyev “Qafqazinfo”ya açıqlamasında həyat yoldaşını huşsuz vəziyyətdə xəstəxanaya çatdırdığını deyib:

“Bu gün səhər işdən evə gələndə həyat yoldaşımın huşsuz vəziyyətdə qaldığını gördüm, yanında dərman qabları var idi. Nə qədər çalışsam da, onu oyada bilmədim, təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirmişik. Mənə hələ ki, heç nə deməyiblər, həkimin çıxıb məlumat verməsini gözləyirik”.

Qeyd edək ki, A.Əliyevanın başqa imza ilə Operativ Qərargahı tənqid edən yazı yazmasından sonra o, “Azərtac”dakı işindən kənarlaşdırılıb. Məsələyə görə məhkəməyə müraciət edilib. A.Əliyeva işinə bərpa edilməsini tələb edib.

Həmçinin Milli Məclisdə bu hadisə müzakirə edilib.

A.Əliyevanın keçmiş iş yeri ilə yaranmış problemlərlə əlaqədar həyatına qəsd etdiyi bildirilib. Belə ki, bir neçə gün əvvəl, o, yaranmış vəziyyətlə əlaqədar həyatına qəsd edəcəyini elan etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ