Suriyada dəfn mərasimi zamanı Genderes şəhərində zəlzələdən sonra dağıntılar altında tapılan gənc qəfildən canlanıb. Bu barədə İsrailin Kanal 9 sosial şəbəkələrin ərəbdilli seqmentinə istinadən yazır.
“Mərhum”un cəsədini müayinə edən həkimlər onun ürək tutmasından öldüyünü qeyd ediblər. Cəsəd meyitxananın soyuducusuna qoyulub, qohumlarından və ya dostlarından birinin onu tanıyacağı ümidi ilə mərhumun şəkli mətbuatda dərc edilib. Tezliklə onun şəxsiyyəti məlum olub - Əhməd Əl-Məğribi. İki gün soyuducuda qaldıqdan sonra onun cəsədi ailəsinə təhvil verilib. Təsəvvür edin ki, artıq qəbiristanlıqda vida mərasimi zamanı mərhumun olduğu tabut qəflətən tərpənib - ölü sayılan suriyalı gəncin sağ olduğu ortaya çıxıb.
Əhməd Əl-Məğribi xəstəxanaya çatdırılıb, hazırda vəziyyəti normal qiymətləndirilir, “dirilmə”dən sonra həyatı üçün təhlükə yoxdur.