Rusiya Ukrayna və NATO ölkələrinə Dnestryanı ilə bağlı xəbərdarlıq edib

Dnestryanıda Rusiya sülhməramlılarını təhdid edən istənilən hərəkət Rusiya Federasiyasına hücum kimi qiymətləndiriləcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda Rusiya vəziyyətin gərginləşməsi ilə əlaqədar Ukrayna və NATO ölkələrinə Dnestryanı istiqamətində avantürist addımlarla bağlı xəbərdarlıq edib. Qeyd olunub ki, Dnestryanıda Kiyev tərəfindən təxribat olarsa, Rusiya Federasiyasının qoşunları buna adekvat cavab verəcək.

“Rusiya Federasiyası Dnestryanı ilə bağlı istənilən məsələlərin siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır”, - bəyanatda vurğulanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ