Nazir məhkəmə sədrinin oğluna vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.


ONA-nın məlumatına görə, bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama götürülən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ruslan Zeyqəm oğlu Hüseynov yeni vəzifəyə təyin edilib.


Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə R. Hüseynov Bakının Nərimanov Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi vəzifəsinə təyinat alıb.


Qeyd edək ki,  R. Hüseynov Sumqayıt şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun oğludur. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ