Qaxa 1 metrə yaxın qar yağıb - foto

Qax rayonunun Sarıbaş kəndinə 1 metrə yaxın qar yağıb.

Bu barədə Report-un yerli bürosu xəbər verir.

Belə ki, axşam saatlarından etibarən Azərbaycanda hava şəraiti dəyişib, havanın temperaturu aşağı düşüb.

Bəzi ərazilərdə güclü külək əsməyə və yağış yağmağa, bəzi ərazilərdə isə qar yağmağa başlayıb.

Hazırda ölkədə müşahidə olunan soyuq hava şəraiti davam edir.

Belə ki, dünən axşamdan yağmağa başlayan güclü qar nəticəsində Sarıbaş kəndi ərazisində qarın hündürlüyü 95 sm-ə çatıb.

Qeyd edək ki, Sarıbaş kəndi Azərbaycanın 3 ən ucqar kəndindən biri, Qaxın isə ən ucqarda yerləşən yaşayış məntəqəsidir. Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdədir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ