Pandemiya bu il bitə bilər - ÜST

“Hökumətlərin əlində olan vasitələr pandemiyanın 2023-cü ildə sona çatmasına imkan verir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

ÜST-nin yaydığı məlumata görə, son 28 gündə dünya üzrə koronavirusa yoluxanların və ölənlərin sayı müvafiq olaraq 89% və 62% azalıb. 

Bildirilib ki, sözügedən dövr yanvarın 23-dən fevralın 19-dək olan müddəti əhatə edir: 

“Bu müddət ərzində 5,3 milyona yaxın yeni yoluxma və 48 mindən çox ölüm halı qeydə alınıb. 22 fevral tarixinə bütün dünyada 757 milyondan çox təsdiqlənmiş COVID-19 hadisəsi var. Ümumilikdə isə indiydək pandemiyadan 6,8 milyon insan ölüb”, - ÜST-dən bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ